• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2114
— 23.01.2024 16:57

Zavodda partlayış olub, üç nəfər xəsarətlər alıb

KepezTV Player

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda partlayış olub. Hadisə nəticəsində 3 nəfər 32 yaşlı Elçin Babayev, 21 yaşlı İsmayıl Muradov və 25 yaşlı Məhəmməd İmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisənin sexlərindən birində minatan silahın 120 mmlik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir. Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.