• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1314
— 23.01.2024 11:41

XİN Borrelin əsassız ittihamlarını rədd edir

KepezTV Player

"Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik". Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə belə deyib. Bildirib ki, Avropa İttifaqının ali nümayəndəsinin faktları açıq-aşkar təhrif etməsi Azərbaycanın legitim maraqlarına etinasızlıqdır. Bu cür hədələyici ritorika Azərbaycan-Avropa İttifaqı münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir. Ali nümayəndə Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, ölkəmizə qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır. 

Ayxan Hacızadə- XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi: "Beynəlxalq ictimaiyyətin Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq, Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Azərbaycanın təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır. Azərbaycan beynəlxalq öhdəliklərinə və beynəlxalq hüquqa sadiq olmaqla yanaşı, milli maraqlarına zidd olan hər hansı iddiaların və təhdidedici dilin legitimləşdirilməsi cəhdlərinin qarşısını qətiyyətlə alacaqdır".