KepezTV Player
Qazaxıstanın Almatı şəhərində zəlzələ olub. Hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Məlumata görə, onlardan üçü binaların ikinci və üçüncü mərtəbələrin pəncərələrindən tullanaraq xəsarət alıb. Seysmoloqların məlumatına görə, Almatıda yeraltı təkanların gücü 5 maqnitudaya yaxın olub. Bir çox şəhər sakinləri daha sonra təkrar yeraltı təkanlardan qorxaraq evlərini tərk ediblər.
- Baxış: 140