• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1359
— 23.01.2024 09:34

Hacıqabulda yük maşınları toqquşub, ölən var

KepezTV Player

Hacıqabulda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hadisə Bakı-Qazax magistralının Qarasu kəndindən keçən hissəsində qeydə alınıb. "Ateko" markalı yük avtomobili "KamAZ" markalı maşına çırpılıb. Nəticədə yoldan çıxaraq aşan "KamAZ"ın sürücüsü, Bərdə sakini Nurlan Eynullayev hadisə yerində ölüb. Qəza zamanı "Ateko"nun sürücüsü yüngül xəsarət alıb.