• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1283
— 22.01.2024 19:57

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi Azərbaycana texniki missiya göndərir

KepezTV Player

Bu həftə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi Azərbaycana texniki missiya göndərəcək. Bunu COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclasında Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev bildirib. O, dialoq şəraitində hazırlıq işlərinin aparılacağını bildirib və COP29-un təşkil edilməsi məqsədilə bütün aidiyyəti sahələrdə ehtiyacların qiymətləndirilməsinin zəruriliyini qeyd edib.Samir Nuriyev, eyni zamanda, beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü və etibarlı tərəfdaş kimi Azərbaycanın əvvəki illərdə COP-a ev sahibliyi etmiş ölkələrlə təcrübə mübadiləsi apardığını bildirib. COP29-un ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyi vurğulanıb.