KepezTV Player
Astarada polis əvvəllər bir neçə dəfə məhkum olunmuş İman Əliyevi saxlayıb. Şəxsi axtarış zamanı ondan heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. Şəxsin xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi müəyyən edilib. Onun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə edərək Ələt-Astara yolunun Şahağacı kəndindən keçən hissəsində yolun kənarında gizlətdiyi 7 kiloqram marixuana, 2 kiloqram heroin, 1 kiloqram metamfetamin də aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma davam edir.
- Baxış: 84