• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1296
— 21.01.2024 18:45

İki avtomobil toqquşub, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinə İsmayıllı rayonu, Eyyubbəyli kəndi ərazisində “Mercedes” markalı iki minik avtomobil toqquşub, maşınlardan birinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri əraziyə cəlb edilib. Sürücü xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.