• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1551
— 20.01.2024 15:33

Qanla yazılan şanlı tarix

Tarixə və qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi mübarizənin şərəfli tarixidir. Faciənin 34-cü ildönümü ilə əlaqədar Naftalan şəhərində anım tədbiri keçirilib. Anım tədbirində Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ziyalılar, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edib. Şəhidlərin xatirəsinə ucaldılan “Vətən Uğrunda Həlak Olanların Memorial Kompleksi” ziyarət olunub. Respublikamızın bütün bölgələrində olduğu kimi, Naftalan şəhərində də şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq dövlət bayraqları endirilib, saat 12-də isə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsi ilə səs siqnalları verilib.