• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1453
— 19.01.2024 20:03

Amil Həmzəyev "Xəzri"yə qələbə qazandırdı

KepezTV Player

Basketbol üzrə Azərbaycan çempionatının XI turu çərçivəsində "Gəncə" Bakının "Xəzri" klubunu qəbul edib. Gəncə Olimpiya İdman Kompleksində keçirilən matça qonaqlar daha fəal başlayıblar. Nizami yurdunun basketbolçuları 3-cü periodda hesabı bərabərləşdirməyə nail olublar. Lakin komandanın 12 nömrəli oyunçusu Kenyon Duling zədə aldıqdan sonra qonaqlar yenidən üstünlüyü ələ keçiriblər və "Xəzri" 96:89 hesablı qələbə qazanaraq turnir cədvəlində liderliyi ələ keçirib. “Xəzri” 20 xalla turnir cədvəlinə başçılıq edir. “Gəncə” isə 14 xalla 8-ci pillədə qərarlaşıb. Gəncənin heyətində İrşad Hant topladığı 24 xalla komandanın ən yaxşısı olub. Qonaqlardan isə ötən il "Gəncə"nin heyətində Azərbaycan kubokunun qalibi və ölkə çempionatının ikincisi olan Amil Həmzəyev 21 xal toplayıb.

Amil Həmzəyev- "Xəzri"nin oyunçusu: “Biz “Gəncə” ilə ikinci oyunumuzu keçirirdik. Gəncə səfəri həmişə rəqiblər üçün qorxulu olub. Mən keçən il “Gəncə”nin şərəfini qorumuşam. Bilirdik ki, səfər oyunu çətin olacaq. Xüsusilə də ikinci hissədə komandanın əzmkar oyunu, azarkeşlərin dəstəyi özünü hiss etdirdi. 3-cü periodu çox yaxşı oynadılar. Hətta önə də keçdilər. 11, 12 xallıq üstünlük qazandılar. Anacaq 4-cü hissədə toparlana bildik. Rəqib bir az yoruldu. Bizdə də bəzi oyunçular problem yaşadılar. Daha təcrübəli oynadıq. Qalib gəldik”.

Bedri Meriç- "Gəncə BK"nın baş məşqçisi: “Gözəl bir qarşıdurma oldu. Xüsusən də 3-cü periodda, elə "Sabah"la oynadığımız matçda da belə olmuşdu, hesabda önə keçdik. Ancaq əfsuslar olsun ki, o mübarizəni davam edə bilmirik. Yəni 4-cü periodda davamını gətirə bilmirik. Uşaqlar çox yaxşı oynadılar. Oyun vaxtı bir oyunçumuzun qolunun çıxması, bizi sarsıtdı. Bundan sonrakı matçlara daha yaxşı hazırlaşacağıq. NTD ilə oynayacağıq. Ard-arda 3 güclü rəqiblə oynadıq. Ümid edirəm NTD ilə oyunda bu 4-cü period qismətsizliyini yenib, matçı qazanacağıq”.

Ramin Paşayev