• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 19.01.2024 19:36

Elnur Məmmədov Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

KepezTV Player

Xarici işlər nazirinin müavini Elnur Məmmədov 2024-cü il 7 fevral tarixində keçiriləcək növbədənkənar prezidenti seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin Baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Elnur Məmmədov qarşıdakı seçkilərin Azərbaycanın bütün ərazilərində suverenliyi bərpa etdikdən sonra keçirilməsinin vacib tarixi-siyasi hadisə olduğunu vurğulayıb, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən tədbirlərlə bağlı atılan addımlar barədə ətraflı məlumat verib.