• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1521
— 19.01.2024 15:31

4-ü azyaşlı olmaqla 12 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 24 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 12 nəfər xilas edilib, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar olunaraq təhvil verilib.