• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1835
— 19.01.2024 09:02

İlk türk astronavt kosmosa yola salınıb

KepezTV Player

İlk türk astronavt Alper Gezeravcı bu gün Türkiyə saatı ilə saat 00:49 kosmosa yola salınıb. Gezeravcının olduğu “Dragon” kapsulu “Falcon 9” daşıyıcı raket vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən Beynəlxalq Kosmik Stansiyaya göndərilib. Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə aparacaq Gezeravcı Türkiyəyə böyük töhfələr verən və bu yolda həyatını itirənləri yad edib.