Ermənipərəst mövqedə olmalarını hər atdıqları addımda açıq-aydın büruzə verən Fransa, bu dəfə artıq həddini aşaraq qəbul etdiyi qərarla başından böyük iş görür. Senatın 295 üzvü lehinə səs verdiyi Azərbaycana qarşı qətnamədə firənglər ölkəmizdən öz silahlı qüvvələrini suveren Ermənistan ərazisindən geri çəkməyi və Ermənistanın ərazi bütövlüyünə hörmək etməyi tələb edir. Qətnamədə, həmçinin erməni hərbi əsirlərin azad olunması, Azərbaycan rəsmilərinə məxsus aktivlərin hədəfə alınması, qaz nəqlinə embarqo tətbiq edilməsi, ləğv olunan dırnaqarası Dağlıq Qarabağ Respublikasının tanınması, eləcə də Ermənistanın müdafiə qabiliyyətinin yüksəldilməsində mümkün dəstəyin verilməsi əksini tapıb. Bu qəbuledilməz qərara münasibət bildirən politoloq Tural İsmayılov bundan sonra Fransa ilə bütün əlaqələrin kəsilməsinin ən uyğun qərar olacağını deyib.
Tural İsmayılov- siyasi şərhçi: “Fransa senatını və Fransadakı ictimai-siyasi dairələrin atdığı bu addımlardan Azərbaycan zərər çəkmir. Amma Fransa Cənubi Qafqazın regional liderlikdən qlobal siyasi güc olmaq yolunda əmin addımlarla irəliləyən Azərbaycan kimi önəmli bir ölkə ilə münasibətlərini pozur. Hesab edirəm ki, Azərbaycan Milli Məclisinin Beynəlxalq əlaqələr komitəsinin hökumətə Fransa ilə bağlı çağırışı da tam adekvat və yerində olan çağırışdır. Ümumiyyətlə mən hesab edirəm ki, ölkəmizə qarşı bu qədər açıq-aşkar düşmənçilik siyasəti həyata keçirən bir ölkə ilə bütün iqtisadi və diplomatik əlaqələr dayandırılmalıdır”.
Milli Məclisin üzvü Müşfiq Cəfərov isə qətnamə ilə bağlı fikrini ifadə edərkən deyib ki, senatın verdiyi qərar Ermənistandakı revanşist qüvvələrin yenidən aktivləşməsinə təkan verə bilər.
Fransanın davamlı anti-Azərbaycan fəaliyyətinə görə bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsi, bütün iqtisadi əlaqələrın dayandırılması, Fransa şirkətlərinin Azərbaycandan çıxarılması və Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən layihələrdə Fransa şirkətlərinin iştirakına yol verilməməsi çağırışları artmaqdadır. Azərbaycanı belə addımı atmağa vadar edən Fransanın özüdür. Görünür, yatağan ilan Qarabağ reallığını həzm edə bilmir, Avropada güvənli tərəfdaş kimi ölkəmizə olan münasibətlə barışmaq istəmirlər. “Sirkə nə qədər tünd olarsa, öz qabını çatladar”.
Orxan Cəfərzadə
- Baxış: 93