• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1082
— 16.01.2024 20:00

Sumqayıtın Ceyranbatan qəsəbəsində 1 ailənin 5 üzvü dəm qazından zəhərlənib

Sumqayıtın Ceyranbatan qəsəbəsində 1 ailənin 5 üzvü dəm qazından zəhərlənib. 2-i azyaşlı olmaqla 4 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda müalicələri davam etdirilir. 1958-ci il təvəllüdlü Sabir Kazımov isə ölüb. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.