İranda həbs edilən Fərid Səfərli barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib.Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə bildirib. Qeyd edib ki, ötən ilin iyulun 19-da keçirilən məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülən “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Növbəti mərhələdə məhkəmənin qərarı ilə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib. Bununla yanaşı, Təbrizdəki Azərbaycanın Baş Konsulluğunun əməkdaşları Fərid Səfərli ilə həbsxanada mütəmadi olaraq görüşlər keçirir, onunla ailə üzvləri arasında telefon əlaqəsi yaradılır.
- Baxış: 71