• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2164
— 16.01.2024 15:35

Bakı-Sumqayıt yolunda qəza baş verib

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza magistral yolun 15-ci kilometrliyində qeydə alınıb. Buz bağlamış yolda hərəkət “Ford”un sürücüsü kəskin idarəetməni itirərək avtomobili yol kənarında dayanan “Qazel”ə və “Mercedes” markalı minik avtomobilinə çırpıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım avtomobili çağırılıb. Yaralılardan biri xəstəxanaya aparılıb. Avtomobillər yararsız vəziyyətə düşüb. Hadisənin təfərrüatı araşdırılır.