Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə şəhər sakini Fərhad Əliyevin qanunsuz olaraq odlu silah saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilən şübhəli şəxsin üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 7 ədəd həmin tapançaya aid patron aşkar edilərək götürülüb. Bundan başqa Gəncə ŞBPİ və onun tabeli qurumlarının əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə çərçivəsində bir neçə nəfər saxlanılıb. Saxlanılan hər bir şəxsin üzərində, avtomobillərində, yaşadıqları evlərdə, o cümlədən digər yerlərdə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr, o cümlədən güclü təsiredici gücə malik narkotik maddələr aşkar edilərək götürülüb. Saxlanılanlardan Fəxrəddin Əliyevin yaşadığı evdən 2 kq, Elmir Yolçuyevin kirayə yaşadığı mənzildən isə 4 kq- ya yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hər bir faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Baş İdarənin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları isə şəhər ərazisində hərəkətdə olan “Hyunday” markalı avtomobilin sürücüsünü yol hərəkəti qaydalarını pozduğu üçün saxlayıb. Həmin nəqliyyat vasitəsini idarə edən Adil Aslanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün narkotik vasitədən istifadə etdiyi məlum olub. Şəxs barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 25 sutka müddətinə inzibati qaydada həbs edilib.
- Baxış: 94