• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 15.01.2024 19:32

Magistratura imtahanlarında yenilik var

KepezTV Player

Magistratura imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Fevralın 11-də keçiriləcək imtahana qeydiyyat yanvarın 29-dək davam edəcək. Bakalavrlar məntiq, informatika və xarici dil bacarıqlarını nümayiş etdirməklə yanaşı, ingilis dilindən esse də yazacaqlar. Yəni 3 saatlıq imtahan müddətinə əlavə olaraq yarım saat da nəzərdə tutulub.

Nəsimi Məmmədov- DİM-in Gəncə Regional Bölməsinin müdiri: “Esse yazı işinin xarici dillə bağlı əlavə olunması, bakalavrların magistraturanı bitirib, sonrakı doktoranturaya sənəd veriləcək bir dövrdə də onlardan xarici dil bilmə səviyyəsi yoxlanılır. Bu mərhələnin əsas məqsədi bakalavrlarda xarici dil bilmə səviyyəsinin, yazı qabiliyyətinin yoxlanılması məqsədilə keçirilir”.

İmtahanda hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse isə maksimum 5 balla qiymətləndiriləcək. İmtahanda maksimal nəticə 100 bal olacaq.  

Nəsimi Məmmədov- DİM-in Gəncə Regional Bölməsinin müdiri: “Hər bir ixtisas qrupları üzrə keçid müsabiqə şərtləri var. Təhsil ixtisas qrupları üzrə 40 baldan yuxarı, iqtisadiyyat ixtisas qrupları üzrə 45 baldan yuxarı, humanitar ixtisaslar üzrə 50 baldan yuxarı, xüsusi qabiliyyət tələb edənlər 30 baldan yuxarı toplamalıdırlar. İxtisas seçimi yalnız DİM tərəfindən ali təhsil müəssisələrinin magistraturasına aparıldığı ikinci cəhd yekunlaşdıqdan sonra ixtisas seçimi mərhələsi, ixtisas qrupları üzrə həmin müddətdə nəşr olunan magistr 4 jurnalından əldə edə bilərlər”.

Magistr olmaq istəyənlərin qeydiyyatında çətinlik yaranarsa, DİM-in Gəncə bölməsinə müraciət oluna bilər. 

Yeganə Xanbatova- bakalavr: “Azərbaycan Dövlət Aqrar Universitetinin Əczaçılıq fakültəsini bitirmişəm. Mən özüm də magistraturanı oxumaq istəyərəm. Sənədlərimi verəcəm”.

Mirhəsən Həsənov- tələbə: “Tarix-coğrafiya ixtisasının Tarix fakültəsində oxuyuram. İnşallah alınarsa, magistraturanı da oxuyacam”.

Nəcifə Quliyeva- tələbə: “Aqrar Universitetdə oxuyuram. Baytarlıq təhsili alıram və beşinci kursda oxuyuram. Mən özüm də məsləhət görərdim ki, magistratura təhsili alsınlar. Oxumaq yaxşıdır, bacım da Gəncə Dövlət Universitetinin magistraturasını qurtarıb. O da magistr təhsili alıbdır”.

Magistraturaya hazırlıq məqsədi ilə DİM tərəfindən sınaq imtahanı da keçirilir. İmtahan yeni qaydaya uyğun aparılır. 

Elnur Vahidoğlu