Bədəndəki arzuolunmaz tüklər həm qadınları, həm də kişiləri narahat edir. Ona görə son zamanlar lazerə müraciət sayı artıb. Bəs görəsən lazer etdirdikdən sonra hansı qaydalara riayət etməliyik? Bu suala mütəxəssisimizin cavabı aydınlıq gətirəcək.
Minəzzər Həsənova– Lazeroloq: “Əsas zaqar aldıqdan sonra ən tezi 2 həftə sonra epilyasiya eləmək olar. Onkoloji həstələrə olmaz, əgər onun həkimi icazə verərsə, müəyyən qaydalara riayət etməklə edə bilərik. Hamilə qadınlara isə 3 ay sonra olar, 3 aylıq dövründə uşaq düşməyə meylli olduğu üçün, 3 aya qədər məsləhət görülmür. Lazerden sonra 1 gün su vurmasanız əla olar, əgər vurmaq məcburiyyətindədirsə, ilıq su vursalar yaxşı olar”.
Günay Əsgərova
- Baxış: 128