• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 920
— 13.01.2024 11:42

Hərbi qulluqçuların sürücülük və atəş hazırlığı üzrə bacarıqları qiymətləndirilib

KepezTV Player

Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə keçirilən sınaq imtahanları davam edir. İmtahanların növbəti günündə hərbi qulluqçuların sürücülük və atəş hazırlığı üzrə praktiki tapşırıqların yerinə yetirilməsi üzrə bacarıqları qiymətləndirilib. Hərbi qulluqçular zirehli döyüş texnikasının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.