• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1068
— 12.01.2024 11:56

Ordunun döyüş qabiliyyəti təkmilləşdirilir

KepezTV Player

Azərbaycan Ordusunun komandirləri şərti dayaq məntəqəsinin tutulması tapşırıqlarını yerinə yetirib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. İştirakçılara müxtəlif mühəndis maneələri və minaaxtaran vasitələri ilə bağlı ətraflı məlumat verilib. Piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi qaydaları izah olunub. Bundan başqa, komandir heyətinə döyüş hazırlığı üzrə müxtəlif mövzularda məşğələlər nümayiş etdirilib. Əsas diqqət orduda komandir heyətinin fərdi hazırlığının və peşəkarlıq səviyyələrinin artırılması, eləcə də liderlik keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib.