• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 11.01.2024 10:32

Qan laxtalanaması nəticəsində meydana gələn xəstəliklər

Qan – orqanizmin birləşdirici toxumalarına aid olub, bədəndə dövr edərək müxtəlif funksiyaları təmin edən qırmızı rəngli mayedir.

Nailə Zərbaliyeva– həkim, kardioloq: “Ürək–qan damar xəstəlikləri müasir dövrümüzdə çox geniş yayılıb. Ən pisi də odur ki, bu xəstəlik getdikcə cavanlaşır. Məsələn 15 il bundan qabaq 40 yaşlı insan gəlib ürəyindən şikayət etsəydi, biz ona o qədər də fikir verməzdik. Çünki o zamanlar ürək-qan damar xəstəlikləri 60 yaşından yuxarı insanlarda olurdu”.

Xətai Quliyev- həkim, mikrobioloq: “Bədəndə qan dövranı müxtəlif səbəblərdən pozula bilər. Bu səbəblər qidalanma ilə, stress, gərginlik və həyat şəraiti ilə bağlıdır”.

Mən sağlamlığı bir növ xoşbəxtliyə bənzədirəm. Çünki sağlamlıq kimi, xoşbəxtlik də göz önündə olanda dəyəri bilinmir. Odur ki, gəlin biz sağlamlığımızın dəyərin vaxtında bilək.

Leyla Əliyeva