• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1137
— 11.01.2024 15:12

3-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər, o cümlədən yol-nəqliyyat qəzaları zamanı avtomobillərdə sıxılmış vəziyyətdə qalan 2 nəfər xilas edilib.