• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 10.01.2024 19:09

Firənglərin ölkəmizə qarşı mövqeyi gərginliyi artıra bilər

KepezTV Player

Ötən ilin dekabrın 4-də Fransa vətəndaşı Martin Rian casusluq əməli törədilməsində şübhəli bilinərək tutulub və sonra onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Eləcə də Fransanın ölkəmizdəki səfirliyinin iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan edilib. Bakının fransalı diplomatlara qarşı hərəkətinə oxşar cavab olaraq Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı da heç bir əsas olmadan “persona-non-grata” elan olunub. Bununla kifayətlənməyən xoruzlar Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə iddialar veriblər. Lakin Azərbaycan XİN buna cavab olaraq bildirib ki, milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam olaraq əməl edilib. Hətta bunu casusun valideynlərinin də etiraf etməsi hər şeyin reallıqlar çərçivəsində həyata keçirilməsini sübut edir.

Tural İsmayılov- siyasi şərhçi: “Fransa XİN-in Azərbaycanda həbs edilən Azərbaycan əleyhinə Fransa üçün casusluq göstərən vətəndaşı ilə bağlı ortaya qoyduğu mövqe ikiüzlülük və qeyri-səmimilikdir. Bir halda ki bu gün dünyaca məşhur media orqanlarında Martin Rianın valideynləri özləri belə etiraf edirlər ki, o Azərbaycanda olarkən, Fransanın Azərbaycandakı səfirliyinin bəzi əməkdaşları tərəfindən casusluğa cəlb edilibdir. Həl halda hesab edirəm ki, ortada casus fəaliyyətinə görə həbs olunmuş adamın ailə üzvlərinin də etirafları varsa, Fransa XİN ən kobud halda susmalı, ən yaxşı halda öz səhvini etiraf edib, Azərbaycandan üzr istəməli idi”.

Bundan əlavə Evian-Le Ba şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı çirkin rəftar da nümayiş olunub. Abidənin üzəri bağlanıb. Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimləri isə bunu pisləyən bəyanat qəbul ediblər. Politoloqların fikrincə Fransa vəziyyətin yaxşılaşdırılması ilə bağlı ilk addım atan tərəf olmasa, gərginlik davam edəcək.

Elxan Şahinoğlu- siyasi şərhçi: “Fransada Natəvanın heykəlinə qarşı çirkin təbliğat kampaniyası gedir. Halbuki Natəvanın iki ölkə arasındakı siyasi gərginliyə aidiyyatı yoxdur. Amma ona qarşı da bu cür çirkin əməllər keçirilir. Heykəli götürmək istəyirlər, üstünə rəng atıblar. Fransa Azərbaycanla münasibətləri normallaşdırmaq üçün ilk addım atmasa, nəsə bir fəaliyyət ortaya qoymasa, bu gərginlik davam edəcək”.

Fransa hökumətinin məqsədli şəkildə yürütdüyü bu siyasət azərbaycanafobiyanın hansı həddə çatdığını əyani şəkildə göstərir. Avropa ölkəsinin imperialist mövqeyi, eyni zamanda Cənubi Qafqazda hegemonluğunu ortaya qoymağa çalışması iki ölkə arasında gərginliyi pik həddə doğru aparır. Azərbaycan Avropanın ən yaxşı enerji tərəfdaşıdır və regionda kilid dövlətdir. Onun üçün firənglər nəyəsə qərar verəndə iki dəfə düşünüb hərəkət etməlidirlər.

Orxan Cəfərzadə