• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1317
— 10.01.2024 19:04

3 vəzifəli şəxs işdən azad edilib, ev dustaqlığı qətimkan tədbiri seçilib

KepezTV Player

“Respublika Perinatal Mərkəzi”də baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, bunlar Mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlidir. Məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilmişdir. Yanvarın 9-u Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hadisə nəticəsində 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib. Təxliyə olunan yenidoğulmuşlardan 8-i tam sağlam şəkildə evə yazılıb. TƏBİB-dən məlumat verilib ki, müalicəsi davam etdirilən 50 uşaqdan 38-nin vəziyyəti stabil, 6-nın vəziyyəti orta ağır, digər 6-nın vəziyyəti isə qənaətbəxşdir. Əkiz olan 2 uşaq valideynlərinin istəyilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.