• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1058
— 09.01.2024 15:42

Azərbaycan güləş millisinin kapitanı Avropa çempionatını buraxacaq

KepezTV Player

Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyev Rumıniyada keçiriləcək Avropa çempionatını buraxacaq. Üçqat dünya və dördqat Avropa çempionu bildirib ki, apreldə Bakıda təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşmaq məqsədilə Xorvatiyada keçiriləcək “Zaqreb Open”ə və Buxarestdə baş tutacaq Avropa çempionatına qatılmayacaq: “Məqsədim Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Bu üzdən Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşıram”, - deyə idmançı qeyd edib.  Avropa Olimpiya Təsnifat turniri aprelin 5-7-si aralığında Bakıda təşkil ediləcək.