• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1053
— 09.01.2024 15:23

Azərbaycandan Gürcüstana keçməyə cəhd göstərən Pakistan vətəndaşı saxlanılıb

KepezTV Player

“Şəmkir” sərhəd dəstəsinin Ağstafanın Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşı 1999-cu il təvəllüdlü Süleyman Javed Masıh saxlanılıb. Onun ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib. Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.