KepezTV Player
İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103, yaralıların sayı isə 211 nəfərə çatıb. Terror aktı ilə əlaqədar bu gün ölkədə matəm elan edilib. Qeyd edək ki, dünən İranın İslam İnqilabı Keşikçilər Korpusunun generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Azərbaycanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı İrana başsağlığı verib.
- Baxış: 97