• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1171
— 25.07.2017 19:31

Alovu söndürmək istəyən iki nəfər xəsarət aldı

KepezTV Player

Otluqda başlayan yanğın daha sonra partlayışa keçib, nəticədə iki nəfər yaralanıb. Hadisə paytaxtın Xətai rayonu Səməd bəy Mehmandarov küçəsində, istilik xəttlərinin keçdiyi ərazidə yaşanıb. Həmin ünvanda yerləşən binanın həyətində əvvəlcə otlaq sahə yanıb. Binanın birinci mərtəbəsində yaşayan sakinlər Səid Yüzbəkov və Mehriban Həsənova yanğını söndürməyə çalışarkən naməlum səbəbdən partlayış baş verib. Ağır xəsarət alan hər iki şəxs xəstəxanaya çatdırılıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunublar. Partlayışın səbəbi araşdırılır.

 

Vüsalə Camal