KepezTV Player
2026-cı ilə qədər işğaldan azad edilən ərazilərdə 100-dən artıq yeni məktəbin tikintisi planlaşdırılır. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, işğal dövründə məcburi köçkün məktəbi statusu var idi. Bu, özlüyündə qeyri-adi status idi. Böyük Qayıdış Proqramı çərçivəsində məktəblər, müəllim heyəti öz yurdlarına qayıdır. Emin Əmrullayev əlavə edib ki, ilk növbədə həmin şəxslər yaşayış yerlərinə görə məktəblərə cəlb edilir.
- Baxış: 107