• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2171
— 29.12.2023 09:12

30 yaşlı kişi yanacaqdoldurma məntəqəsində bıçaqlanıb

KepezTV Player

Goranboyda bıçaqlanma hadisəsi baş verib. Hadisə Yeni Qəsəbə adlanan ərazidəki yanacaqdoldurma məntəqəsində qeydə alınıb. 1993-cü il təvəllüdlü Namiq İsalı bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, hadisini törədən şəxs polis tərəfindən saxlanılıb. Fakt araşdırılır.