• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1891
— 27.12.2023 16:42

Prezident azad edilən rayonlarda inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib

KepezTV Player

Prezident İlham Əliyev Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Qanuna əsasən, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan MalıBəyli, Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilib. Malıbəyli və Quşçular kənd inzibati ərazi dairələri Şuşa rayonunun tabeliyinDƏN-- Xocalı rayonunun tabeliyinə verilib. Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Yuxarı Veysəlli və Ağbaşlı kəndləri, Cəbrayıl rayonunda Yuxarı Məzrə, Laçında Alıcan kəndi ləğv edilərək Dövlət reyestrindən çıxarılıb, həmin kəndlərin ərazisi Xocavənd rayonunun inzibati ərazisinə verilib. Xocalı rayonunda dövlət mülkiyyətində olan 186 ha torpaq sahəsi Ağdam rayonunun inzibati ərazisinə, 481 ha torpaq sahəsi isə Qubadlı rayonunun inzibati ərazisinə verilib.

 Prezident Ağdərə rayonunun yaradılması haqqında qanunu imzalayıb

 Prezident İlham Əliyev Ağdərə rayonunun yaradılması haqqında  Qanununu imzalayıb. Sənədə əsasən Ağdam rayonunun 10, Kəlbəcərin 23, Tərtərin rayonun tabeləyində olan Ağdərə şəhəri və Şıxarx qəsəbəsi də daxil olmaqla 24 kəndi yeni yaradılan Ağdarə rayonunun inzibati ərazi bölgüsünə daxil edilib.