Gəncədə 5 böyük stasionar xəstəxana və 26 tibb müəsisəsi fəaliyyət göstərir. İlin əvvəlindən indiyə kimi bu müəssisələrdə 1 milyondan artıq şəxsə ambulator, 50 minə yaxın sakinə isə stasionar qaydada xidmət göstərilib. Gəncə şəhər Birləşmiş Xəstəxanasının hesabat tədbirində diqqətə çatdırılıb ki, 60-a yaxın həkim şəhərdəki səhiyyə ocaqlarında işə qəbul edilib. Həkimlər tərəfindən 18 min xəstə müxtəlif diaqnozlarla əməliyyat edilib. Bundan başqa şəhərin 3 xəstəxanasında yeni şöbələr yaradılıb. Gəncənin səhiyyə ocaqları ekocihazlarla, əməliyyat çarpayıları ilə və digər müasir avadanlıqlarla təchiz edilib ki, bu da sakinlərin özəl xəstəxanalara müraciətini azaldıb. Tədbir digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldıqdan sondə Gəncə səhiyyəsinə həsr edilən videoçarxda nümayiş etdirilib.
Elnur Rzayev
- Baxış: 255