• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 680
— 26.12.2023 14:43

Ermənilərin silah anbarı kimi istifadə etdiyi növbəti mülki təyinatlı obyekt aşkar edilib

KepezTV Player

Qarabağ bölgəsinin Ortakənd yaşayış məntəqəsində yerləşən və vaxtilə ermənilər tərəfindən silah-sursat anbarı kimi istifadə olunmuş mülki təyinatlı obyektə baxış keçirilən zaman içərisində xeyli sayda müxtəlif növ mina, kustar üsulla hazırlanmış əldəqayırma partlayıcı qurğu və çoxlu sayda digər döyüş sursatları aşkar edilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, həmin mina və əldəqayırma partlayıcı qurğular Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən müsadirə edilib.