KepezTV Player
İşıqforun tələbinə məhəl qoymayan elektroskuter idarə edən şəxsi avtomobil vurub. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hadisə paytaxtın Nəsimi rayonu, Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində baş verib. Mərkəzindən skuter idarə edən şəxslərdən işıqfor və yol nişanlarının tələblərinə əməl etmək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün təhlükə yaratmamaq xahiş edilib.
- Baxış: 202