• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 997
— 26.12.2023 10:19

İlham Əliyev “2024 - Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar paylaşım edib

KepezTV Player

Prezident İlham Əliyev “2024 - Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub. Əsas hədəflərdən biri 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasıdır. Azərbaycan həmçinin elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını hədəfləyir. Dövlət başçısının sərəncamı ilə gələn il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.