• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1146
— 25.12.2023 19:59

Yeniyetmə voleybolçular üçün təlim

KepezTV Player

Azərbaycan Voleybol Federasiyasının nəznində yaradılan Gəncə Regional Voleybol Klubunun təşkilatçılığı ilə Gəncədən və regiondan olan yeniyetmələrə təlim keçirilib. Peşəkar məşqçilər tərəfindən keçirilən təlimdə 9-14 yaş aralığında olanlara bu idman növünün incəlikləri aşılanıb. Həmçinin potensiallı idmançıların gələcəkdə milli komanda seçmələrinə qatılacağı bildirilib. Eyni zamanda Gəncə Regional Voleybol Klubu tərəfindən istedatlıların seçilməsi məqsədilə Gəncədə yerləşən məktəblərdə seleksiya xarakterli işlərə başlanıldığı da vurğulanıb. Əsas məqsəd voleybol idman növünə olan marağın artırılması, asudə vaxtın səmərəli keçirilməsidir. 

Sərxan Məmmədov- Gəncə Regional Voleybol Klubunun rəhbəri: "Qarşımızdakı məqsədimiz , planlarımız nədən ibarətdir? Qeyd olunan 15-ə yaxın rayonlarda məşqlərimiz eyni qaydada keçirilsin və biz bütün şəhərlərdə gənclərimizi düşünərək xüsusi şəraitli,istilik şəraiti uyğun olan bütün gənclərimizə uyğun zallar seçirik.Ümid edirik ki yaxın zaman ərzində bütün regionda,bütün qərb regionunda belə effektiv nəticələr görəcəyik və 5 ildən sonra ölkəmizdə, milli yığmamızda və peşəkar klublarımızda daha çox öz milli oyunçularımız yetişəcək".