• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1144
— 25.12.2023 15:32

Antiterror əməliyyatları nəticəsində 56 terrorçu məhv edilib

KepezTV Player

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatları nəticəsində xeyli sayda terrorçu zərərsizləşdirilib. Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 23-də terrorçuların mövqelərinə endirilən hava zərbələri nəticəsində azı 26 terrorçu məhv edilib. Sonrakı günlərdə “Pençe-Kilit” əməliyyat bölgəsində keçirilən əməliyyatlar zamanı 30 terrorçu zərərsizləşdirilib. Bununla da son üç gündə məhv edilən terrorçuların sayı 56-ya çatıb. Dekabrın 22-23-də İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 12 hərbçi şəhid olub.