KepezTV Player
Lənkəran rayon sakinlərinin idarə etdiyi "ZİL" markalı mikroavtobusla "KamAZ" markalı yük avtomobili Masallıda toqquşub. Nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb. Həmin avtomobilin sürücüsü və 16 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. TƏBİB-dən bildirilib ki, yaralıların vəziyyətləri stabildir, müalicələri davam etdirilir.
- Baxış: 184