Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 18 kiloqram narkotik vasitə və güclü təsiredən xassəyə malik həblər qanunsuz dövriyyədən çıxarılıb. Əldə edilən əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Lənkəran şəhər sakini Xalid Hüseynov Yardımlı rayonu ərazisində saxlanılıb. Həmin şəxsin Ərsilə kəndi ərazisində dərədə gizlətdiyi torbadan ümumilikdə 17 kiloqram artıq marixuana, 1 kikoqram tiryək və 6260 ədəd narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı X.Hüseynovun xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və aşkarlanan narkotik vasitələri satışının təşkil olunmasından ötrü deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.
- Baxış: 191