• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2524
— 24.12.2023 19:09

"Neftçi" "Kəpəz"i məğlub edərək üçüncü pilləyə yüksəlib

KepezTV Player

Ötən gün Tovuzda stadionun işıq dirəklərindən biri küləyin təsirindən aşması nəticəsində təxirə salınmış "Turan Tovuz" - "Araz-Naxçıvan" matçı bu gün 81-ci dəqiqədən davam edib. Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tur çərçivəsində reallaşan qarşılaşma Tovuz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. *** Premyer Liqanın digər oyununda "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib. Qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin qollarını 8-ci dəqiqədə Azər Salahlı, 71-ci dəqiqədə Andre Şinyaşiki vurub. Qələbə sayəsində xallarının sayını 28-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. Gəncə klubu 14 xalla 9-cu sıradadır.