• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1296
— 23.12.2023 19:45

Qərbi Azərbaycan İcmasından UNESCO-ya çağırış

KepezTV Player

"Xurşidbanu Natəvanın abidəsinin yerləşdiyi park ətrafında yaranan vəziyyət fransız cəmiyyətində Azərbaycanofobiyanın artıq absurd səviyyəyə çatdığını göstərir". Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. İcma bu vandalizm əməlini, mədəni irsin dağıdılmasını, İslamofob hərəkəti kəskin şəkildə pisləyir və UNESCO-nu məsələyə dərhal reaksiya verməyə çağırır. 

Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar: hər birimizin xatirindədir ki torpaqlarımız işğal altında olanda xurşidbanu natəvanın ağdamdakı məzarı dağıdılmışdır indi də Fransada oxşar vəziyyət yaranıb bu əslində fransız və erməni cəmiyyətinin dırnaqarası hansı ortaq dəyərləri paylaşdığını açıq aydın göstərir və Azərbaycanı guya Qarabağda erməni mədəni irsini dağıtmaqda ittiham eliyən fransız merlər jurnalistlər politoloqlar bu vəziyyətə baxıb utanc hissi keçirməlidirlər və bu gün fransız cəmiyyətində hansı mövqenin olmasından asılı olmayaraq xurşidbanu natəvanın ruhu şaddır çünki şuşa azaddır xankəndi azaddır onun məzarının yerləşdiyi Ağdam azaddır və Qarabağ azaddır.