KepezTV Player
Fransanın antiazərbaycan siyasəti mədəniyyət və incəsənət sahəsinə də keçib. İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərar qəbul edib. Belə ki, qərara əsasən 2017-ci ildə açılan “Azərbaycan parkı”nın adı qeyd olunduğu bütün yazılar yığışdırılacaq. Şəhər rəhbərliyinin qərarına səbəb Fransanın Ermənistana “sevgisi” olub. Azərbaycan mədəniyyətinin düşmənləri indi diqqətlərini məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinə yönəldiblər. Abidənin sökülməsi tələb olunur. Meriyanın bu addımı son vaxtlar Fransada hökm sürən mədəni şovinizm, ksenofobiya, qərəz və digər mədəniyyətlərə qarşı dözümsüzlük siyasətini nümayiş etdirir.
- Baxış: 122