• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1438
— 22.12.2023 15:19

Uşaq ədəbiyyatında özünəməxsus yeri olan şairin yubileyi qeyd edilib

KepezTV Player

Goranboylu şair Ələsgər Əlioğlunun 70 illik yubileyinə və ədəbi-bədii yaradıcılığna həsr olunmuş "Sətirlərdə keçən ömür" adlı tədbir keçirilib. Gecədə Azərbaycan Yazıçılar Birliyinin üzvü olan publisistin ədəbi, bədii yaradıcılığı barədə geniş söhbətlər açılıb. Ədibin təşəbbüsü və rəhbərliyi ilə Goranboy rayonunda vaxtı ilə fəaliyyət göstərən “Əli Nəzmi” ədəbi birliyinin fəaliyyətinə toxunulub. Ələsgər Əlioğlunun redaktorluğu ilə nəşr olunan “Gülüstan” toplusunun rayonun ictimai və mədəni həyatında müstəsna rol oynadığına diqqət çəkilib. “Heydər Əliyev ili” çərçivəsində reallaşan tədbirdə rayonda ədəbi ictimai mühitin formalaşması, yeni nəsil yazıçı və şairlərin yetişməsində yubilyarın əməyi qeyd edilib. Ələsgər Əlioğlunun Azərbaycan Uşaq Ədəbiyyatında özünəməxsus yaradıcılığı və bu sahədə təqdirəlayiq nailiyyətləri xüsusi vurğulanıb. Tədbirdə, rayon Mədəniyyət Evinin incəsənət ustalarının ifasında musiqi proqramı və məktəblilərin təqdimatında, Ələsgər Əlioğlunun şeirlərinə həsr olunmuş bədii kompozisiya nümayiş etdirilib. Rayon İcra Hakimiyyəti tərəfindən səbəbkar mükafatlandırılıb.

Fərid Mehdiyev