• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 22.12.2023 11:40

Prezident İlham Əliyevə təbrik məktubları ünvanlanıb

KepezTV Player

Çin Xalq Respublikasının Sədri Si Cinpin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan dövlət başçısı Emoməli Rəhmon, Qırğızıstan Prezidenti Sadır Japarov, Ukrayna Prezidenti Volodimir Zelenski, Belarus dövlət başçısı Aleksandr Lukaşenko, Xorvatiya Prezidenti Zoran Milanoviç, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, İordaniya Kralı II Abdullah ibn Al Hüseyn Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıblar. Ölkələr arasındakı münasibətlərdən məmnunluq ifadə olunub. İkitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin yeni səviyyəyə yüksəlməsi üçün birgə səyləri davam etdirmək istəyi vurğulanıb.