Ermənistanın xarici işlər naziri müavininin növbəti anti-Azərbaycan açıqlaması bir daha onu göstərir ki, daşnak təfəkkürlü erməni diplomatları iki ölkə arasında münasibətlərin normallaşdırılması perspektivindən qətiyyən məmnun deyil və müxtəlif təxribatçı açıqlamalarla prosesə mane olmağa çalışırlar. Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. "Nazir müavini “Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən təklif edilmiş prinsiplər əsasında sülh sazişini başa çatdırmaq istəmir” deməklə böyük yanlışlığa yol verir.Yalnız sülh danışıqları ilə bağlı Azərbaycan tərəfindən təklif edilmiş prinsiplər vardır. “Erməni diplomatın Qarabağ ermənilərinin qayıdışı fikri ilə bağlı isə bildiririk ki, bu proses qarşılıqlı olmalı, Qərbi azərbaycanlıların da Ermənistana qayıdışı təmin edilməlidir”, - deyə bəyanatda vurğulanıb.
- Baxış: 166