Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb. Müdafiə naziri şəxsi heyətin fərdi hazırlığının təkmilləşdirilməsi, bilik və bacarığının daha da artırılması üçün üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə təltif edilib. Nazir təqdim edilən hərbi texnikalara baxış keçirib, onların heyətlərinin hazırlığını yoxlayıb. Zakir Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksək səviyyədə saxlanması ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
- Baxış: 157