• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1705
— 20.12.2023 08:56

Hikmət Hacıyev: Azərbaycan ermənilərin reinteqrasiya məsələsi ilə bağlı bütün müvafiq müraciətlərinə baxmağa hazırdır

KepezTV Player

Azərbaycan ermənilərin reinteqrasiya məsələsi ilə bağlı bütün müvafiq müraciətlərinə baxmağa hazırdır. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev BBC World-ə müsahibəsində deyib. 

Hikmət Hacıyev- Azərbaycan Respublikası Prezidentinin köməkçisi: "Bütün işğal dövrü ərzində Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün öz evlərinə qaytarılması prosesi gedir və onlar 30 ildən artıq bu hüquqdan məhrum ediliblər. Biz erməniləri qalmağa çağırmağımıza baxmayaraq, Qarabağı tərk etmək qərarına gələnlər də oldu. Azərbaycan onların geri qayıtması üçün bütün imkanları, o cümlədən təhlükəsizliyi təmin edir. Biz vətəndaşlıq üçün ərizələrin verilməsi üçün xüsusi elektron portal yaratmışıq. Burada əsas ilkin şərtlərdən biri də Azərbaycan qanunlarına və qaydalarına uyğun olaraq Azərbaycan vətəndaşlığı və yaşayış yerinin qəbul edilməsidir. Bu səbəbdən və biz aydın şəkildə bildirdik ki, hər bir konkret hal əsasında bütün müvafiq hüquqi müraciətləri nəzərdən keçirməyə və baxmağa hazırıq", - deyə, o bildirib.