• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2109
— 19.12.2023 16:17

PUA bölmələri şərti düşmənin yerüstü hədəflərini zərbələrlə məhv ediblər

KepezTV Player

Hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrində pilotsuz uçuş aparatları bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib. PUA heyətləri müəyyən edilmiş marşrutlar üzrə hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunaraq dəqiq aviasiya zərbələri ilə məhv edilməsi, eləcə də digər fəaliyyətləri icra ediblər. Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.