KepezTV Player
2020-ci ilin noyabrın 3-dən etibarən işğaldan azad olunan ərazilərimizdə abidələrin ilkin inventarlaşdırılması işlərinə başlanılıb. Cari dövrə qədər dövlət qeydiyyatında olan 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib va müvafiq məlumatlar toplanıb. Şuşada 200, Cəbrayılda 22, Füzulidə 51, Zəngilanda 15, Xocavənddə 46, Qubadlıda 35, Ağdamda 47, Tərtərdə 4, Laçında 10, Kəlbəcərdə isə 3 abidənin monitorinqi aparılıb. Həmçinin, dövlət qeydiyyatında olmayan 182 obyektin monitorinqi həyata keçirilib. Sözügedən abidələr tarixi, memarlıq və arxeoloji əlamət daşıyırlar.
- Baxış: 164